“Qonşular”ın görüşü: İddialı “Qarabağ”, sülhsevər “Gəncə”
21.09.2010 - 11:00
Sabah Unibank Premyer Liqasında II turdan təxirə salınan “Qarabağ” – “Gəncə” oyunu keçiriləcək. Apasport.az saytının məlumatına görə, təqvimə görə avqustun 15-də baş tutmalı olan bu görüş Ağdam klubunun Avroliqada oyunları ilə əlaqədar təxirə salınmışdı. Sabah saat 17:00-da Tofiq Bəhramov adına Respublika stadionunda “qonşular” görüşəcək. Axı “Qarabağ”la “Gəncə” eyni xalla turnir cədvəlində 6-7-ci yerdə gedir. Gəncəlilər rəqibini topların daha yaxşı fərqinə görə qabaqlayır.
Fuad İsmayılovun baş məşqçisi olduğu komanda 4 illik fasilədən sonra güclülər dəstəsinə qayıdaraq, unikal göstəriciyə imza atıb. Məlum olduğu kimi, “Gəncə” keçirdiyi hər oyunda eyni nəticəyə - 1:1 hesablı bərabərliyə imza atıb. Bunlardan biri sabah meydana çıxacaqları Respublika stadionunda – “Bakı” ilə səfər oyununda qeydə alınıb. İndi hamını maraqlandıran gəncəlilər bu seriyasını davam etdirəcəyi, yoxsa ona elə “Qarabağ”la görüşdə son qoyulacağıdır.
Mövsümə uğurla başlamayan “Qarabağ” hələ ki ilk “altılıq”dan kənarda qalıb. Düzdür, Qurban Qurbanovun baş məşqçisi olduğu komandanın hələ təxirə salınmış iki oyunu var. Ağdamlılar sabah qalib gələrsə, turnir cədvəlində birdən-birə iki pillə irəliləyərək, 5-ci yerə yüksələcək. Hələ ki hesabında yalnız bir qələbə olan “Qarabağ” MOİK-i oyunun sonunda vurduğu qolla yenib – 1:0. Göründüyü kimi, heyətlə bağlı itkilər, avrokuboklardan sonra yorğunluq öz sözünü deyir. Hazırda enişdə olan komandaya bu mənada qələbə çox vacibdir.
Mehman SÜLEYMANOV

0
0