AFFA “Neftçi” və “Xəzər Lənkəran” klublarını cəzalandırdı
21.09.2010 - 11:40
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, komitə ötən həftə baş tutan görüşlərdə yaşanan xoşagəlməz hadisələri müzakirə edərək müvafiq qərarlar çıxarıb. Qurum Premyer Liqanın 4 klubunu ümumilikdə 5200 manat məbləğində cəzalandırıb.
Unibank Premyer Liqasının V turunun “Neftçi” – “Muğan” matçında hər iki komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün onlar hərəyə 1000 manat cərimə olunub. VI turunun “Muğan” – “Xəzər Lənkəran” matçında isə cəzalanan qonaqla olub. Altı futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 1000 manat ödəyəcək lənkəranlılar klubun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün daha 2000 manat cərimə ziyana düşüb. “Gəncə” – “Turan” matçının 80-ci dəqiqəsində ikinci sarı vərəqə alındığı üçün meydandan qovulan Romuald Onana 1 oyunluq cəzalanıb, qonaq klubu 200 manat xərcə salıb.
Mənbə: pfl.az

0
0