AZAL afrikalı futbolçusu ilə vidalaşdı
21.09.2010 - 21:51
Bakının AZAL klubu legionerlərindən birini yola salmaq qərarına gəlib. Apasport.az saytının məlumatına görə, komandanın nigeriyalı futbolçusu Abiodun Laval bakılılara lazım olmayıb. Sentyabrın 27-də keçirilən məşqdə zədələnən afrikalının müayinəsi göstərib ki, o, dizindən ciddi xəsarət alıb. Dörd il əvvəl Nigeriyada aldığı zədənin müalicə olunmadığını bildirən Laval klubla müqaviləsinin pozulmasını xahiş edib. Həkimlərin rəyini və futbolçunun xahişini nəzərə alan paytaxt təmsilçisinin rəhbərliyi Abiodunla müqaviləni ləğv etməyə razı olub.
- Türkiyə millisi 3 futbolçunu heyətdən kənarlaşdırıb - MƏRC QALMAQALINA GÖRƏ
- “Qalatasaray” və “Beşiktaş”dan mərc araşdırması ilə bağlı açıqlama
- Eren Elmalı mərc oynadığını etiraf edib: “Beş il əvvəl…”
- “Qalatasaray”ın futbolçusu mərc qalmaqalı ilə bağlı açıqlama yayıb: DAHA DİQQƏTLİ OLACAĞAM
- “Real”ın heyətində daha bir İTKİ
0
0