Millimizin sabiq futbolçusu “Xəzər Lənkəran”da qol vurdu
21.09.2010 - 22:07
Millimizin sabiq futbolçusu “Xəzər Lənkəran”da qol vurdu
Unibank Premyer Liqasında çıxış edən klubların əvəzedici komandaları arasında ölkə birinciliyində növbəti oyun keçirilib. Apasport.az saytının məlumatına görə, güclü yağış üzündən təxirə salınan V turun “Xəzər Lənkəran” – MOİK matçında yenə “yağış” qeydə alınıb. Lakin bu dəfə azarkeşlər qol “yağış”ına şahidlik ediblər. Beş qolun vurulduğu görüşdə meydan sahibləri qalib gəliblər. Lənkəranlıların qollarından birini əsas komandaya düşməkdə çətinlik çəkən, vaxtilə Azərbaycan milli komandasının formasını geymiş Ramazan Abbasov vurub.

"Xəzər Lənkəran" – MOİK - 3:2
Emin Rüstəmzadə, 79; Ramazan Abbasov, 83; Kazım Kazımlı, 90+1 - Orxan Babayev, 58-pen.; Vaqif Kazımlı, 86


1 "Turan" 6 5 0 1 10-4 15
2 "Bakı" 6 4 1 1 13-4 13
3 "İnter" 6 4 0 2 9-9 12
4 AZAL 6 3 2 1 9-3 11
5 "Qəbələ" 6 3 1 2 13-8 10
6 MOİK 6 3 1 2 8-6 10
7 "Neftçi" 6 3 0 3 13-8 9
8 "Muğan" 6 3 0 3 6-7 9
9 "Qarabağ" 6 2 1 3 6-8 7
10 "Xəzər Lənkəran" 6 2 0 4 5-10 6
11 "Gəncə" 6 1 0 5 8-13 3
12 "Simurq" 6 0 0 6 3-23 0