Peşəkar Futbol Liqası Sxadadzeni mükafatlandırır
21.09.2010 - 22:14
Unibank Premyer Liqasının 2010/2011 mövsümü üçün avqust ayının "ən dəyərli" futbolçusunun təltifetmə mərasimi keçiriləcək. Apasport.az-ın xəbərinə görə, Peşəkar Futbol Liqasının (PFL) rəsmi internet saytı bu tədbirin keçiriləcəyi vaxtı açıqlayıb. Belə ki, sentyabrın 22-də "Uniplaza"da keçiriləcək tədbir saat 15:00-da başlayacaq. Qurumun media işçiləri arasında keçirdiyi sorğu ilə müəyyənləşən avqustun oyunçusunun adı hələ açıqlanmır. Sorğuya qatılan apasport.az saytı ötən ay keçirdiyi bütün matçlarda qol vuran və çıxış etdiyi “Neftçi”ni zirvəyə daşıyan Bahodir Nasimova səs verib.
Tədbirdə, həmçinin, cari mövsümdə Unibank Premyer Liqasının ilk qoluna imza atan futbolçunun mükafatlandırılması da gerçəkləşəcək. PFL-in xüsusi hədiyyəsi Zaqatalanın "Simurq" klubunun gürcüstanlı futbolçusu Baçana Sxadadzeyə təqdim olunacaq.

0
0