Berti Foqtsun “tələbə”si yığmada
21.09.2010 - 23:24
Berti Foqtsun “tələbə”si yığmada
Bolqarıstan milli komandasının yeni baş məşqçisinin adı məlum olub. Apasport.az saytının məlumatına görə, bu postu Almaniya futbolunun əfsanəsi Lotar Matteus tutub. Əvvəllər Avstriyanın “Rapid” və “Red Bull”, Serbiyanın “Partizan”, Braziliyanın “Atletiko Paranaense”, İsrailin “Makkabi” (Netanya) klublarında həmçinin Macarıstan yığmasında çalışmış 49 yaşlı mütəxəssis məşqçilik karyerasında ikinci dəfə millidə işləyəcək.

Qeyd edək ki, İtaliyanın “İnter” və Almaniyanın “Bavariya” klublarında parlamış futbolçu Almaniya yığmasının əfsanəvi kapitanı sayılır. O, fasilələrlə 20 il (1980-2000) şərəfini qoruduğu Bundestimdə 150 oyun keçirib. 1980-cı ildə Avropa, 10 il sonra dünya çempionu olan Matteus Azərbaycan milli komandasının indiki baş məşqçisi Berti Foqtsun rəhbərliyi altında da çıxış edib. Lakin “müəllim” və “tələbə” arasındakı anlaşılmazlığın yaranması üzündən Foqts Matteusu çempionluğun əldə olunduğu Avro-1996-ya aparmayıb.
0