Futbolçu onu tənqid edən jurnalisti güllələdi
22.09.2010 - 09:06
Hondurasın “Motaqua” klubunun futbolçusu Donaldo Morales jurnalisti güllələyib. Apasport.az saytının məlumatına görə, honduraslı futbolçu oyununun tənqid olunduğu qəzet yazısından o qədər qəzəblənib ki, komandanın məşqi zamanı müəllif Saul Karransaya pnevmatik tapançadan atəş açıb. Jurnalist iki güllə yarası alıb. Onunla yanaşı, atəş açılan zamanı müsahibə aldığı futbolçu da yaralanıb. Morales isə sonradan üzr istəyib və həbsə alınmayıb. Qapıçı komandasının heyətində son oyunda meydana çıxıb. “Motaqua” isə çılğın futbolçusunu cəzalandıracağına söz verib.
- Türkiyə millisi 3 futbolçunu heyətdən kənarlaşdırıb - MƏRC QALMAQALINA GÖRƏ
- “Qalatasaray” və “Beşiktaş”dan mərc araşdırması ilə bağlı açıqlama
- Eren Elmalı mərc oynadığını etiraf edib: “Beş il əvvəl…”
- “Qalatasaray”ın futbolçusu mərc qalmaqalı ilə bağlı açıqlama yayıb: DAHA DİQQƏTLİ OLACAĞAM
- “Real”ın heyətində daha bir İTKİ
0
0