Yığmamız üçün norveçli və slovakiyalı hakimlər
22.09.2010 - 09:48
Avropa çempionatının ilkin seçmə qrup mərhələsində mübarizə aparacaq 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının keçirəcəyi oyunları idarə edəcək hakimlər müəyyənləşib. Apasport.az saytının məlumatına görə, futbolçularımızın oktyabrın 11-də, Bakı vaxtı ilə saat 20:00-da Portuqaliya ilə keçirəcəyi oyunda ədalət prinsiplərini norveçli Tom Harald Hagenin başçılıq edəcəyi briqada qoruyacaq. İyulun 29-da Avroliqada keçirilən “Visla” (Polşa) – “Qarabağ” oyununu (0:1) idarəe dən norveçli 16 ildir FİFA referisidir.
İki gün sonra həmin vaxtda Yunanıstanla üz-üzə gələcək U-19-un oyununu slovakiyalı Mario Vlk idarə edəcək. Qrup mərhələsinin sonuncu oyununda gürcüstanlı həmyaşıdları ilə gücünü sınayacaq yığmamızın oyununda yenə slovakiyalı fitini səsləndirəcək. Vlk ötən il Bakıda keçirilən Azərbaycan və Belarus yığmalarının seçmə oyununda fit çalımışdı.
Qeyd edək ki, bu qrupun oyunları Portuqaliyada keçiriləcək.

0
0