Rəşad Sadıqovun komandasından endirim aksiyası
22.09.2010 - 10:03
Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqovun şərəfini qoruduğu Türkiyənin “Əskişəhərspor” klubu bilet qiymətlərində endirim edib.
Apasport.az saytının məlumatına görə, klub rəhbərliyi komandanın uğursuz çıxış etdiyini nəzərə alaraq, biletlərin qiymətlərini aşağı salıb. Klubun mətbuat xidməti rəhbərliyin iclasında belə bir qərar qəbul olunduğu haqda məlumat yayıb. Məlumatda bildirilir ki, komandanın çıxışından asılı olaraq qiymətlərdə də müəyyən dəyişikliklər olacaq. Hazırkı vəziyyətdə klub rəhbərliyi üstü açıq tribuna üçün 10 (5 manat), ailə tribunası üçün 25 (12,5), üstü bağlı tribuna üçün isə 50 (25) lirə qiymət müəyyənləşdirib.
Qeyd edək ki, hesabında 2 xal olan “Əskişəhərspor” turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.

- Türkiyə millisi 3 futbolçunu heyətdən kənarlaşdırıb - MƏRC QALMAQALINA GÖRƏ
- “Qalatasaray” və “Beşiktaş”dan mərc araşdırması ilə bağlı açıqlama
- Eren Elmalı mərc oynadığını etiraf edib: “Beş il əvvəl…”
- “Qalatasaray”ın futbolçusu mərc qalmaqalı ilə bağlı açıqlama yayıb: DAHA DİQQƏTLİ OLACAĞAM
- “Real”ın heyətində daha bir İTKİ
0
0