Sabiq FİFA hakimi heroinə görə həbs olundu
22.09.2010 - 10:20
Ekvadorlu sabiq FİFA hakimi Bayron Moreno həbs olunub. Apasport.az saytının məlumatına görə, keçmiş referi Nyu-York hava limanında heroin qaçaqmalçılığına görə tutulub. Moreno DÇ-2002-nin 1/8 final mərhələsində İtaliya - Cənubi Koreya oyununda idarəçiliyi ilə tanınıb. O, koreyalıların əlavə vaxtda 2:1 hesabı ilə qalib gəldiyi görüşdə italyanların əleyhinə bir sıra səhvlərə yol verib. Moreno İtaliya yığmasının liderlərindən olan Françesko Tottini meydandan qovub.
Qeyd edək ki, ekvadorlu 2003-cü ildə hakimlik karyerasını bitirib.
Qeyd edək ki, ekvadorlu 2003-cü ildə hakimlik karyerasını bitirib.
- Türkiyə millisi 3 futbolçunu heyətdən kənarlaşdırıb - MƏRC QALMAQALINA GÖRƏ
- “Qalatasaray” və “Beşiktaş”dan mərc araşdırması ilə bağlı açıqlama
- Eren Elmalı mərc oynadığını etiraf edib: “Beş il əvvəl…”
- “Qalatasaray”ın futbolçusu mərc qalmaqalı ilə bağlı açıqlama yayıb: DAHA DİQQƏTLİ OLACAĞAM
- “Real”ın heyətində daha bir İTKİ
0
0