İlqar Qurbanov üçün 48 dəqiqə
22.09.2010 - 12:10
Türkiyə Futbol Federasiyasının Nizam İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, qurum “Samsunspor” – “Mersin İdman Yurdu” qarşılaşmasında baş verən hadisələrlə bağlı qərar qəbul edib. TFF qarşılaşmanın qaldığı yerdən davam etməsi barəsində qərar çıxarıb. Azərbaycan milli komandasının sabiq futbolçuları İlqar Qurbanov və Ernani Pereyranın çıxış etdiyi Türkiyənin “Mersin İdman Yurdu” klubunun rumıniyalı baş məşqçisi Yüksel Yeşilova “Samsunspor”la oyunun 42-ci dəqiqəsində qardaşı Murad Yeşilova tərəfindən bıçaqlanmışdı. Qarşılaşmanın baş hakimi təhlükəsizliyin yetərincə təmin olunmamağını əsas gətirərək oyunu qeyri-müəyyən vaxta təxirə salmışdı. TFF yaxın günlərdə qarşılaşmanın keçiriləcəyi tarixi açıqlayacaq.
Qeyd edək ki, matçın son 48 dəqiqəsi davam etdiriləcək.
Qeyd edək ki, matçın son 48 dəqiqəsi davam etdiriləcək.
0
0