UEFA-nın vitse-prezidenti: Avrokubokların final oyunu Bakıda keçirilə bilər
22.09.2010 - 12:44
UEFA-nın vitse-prezidenti: Avrokubokların final oyunu Bakıda keçirilə bilər
Azərbaycan gələcəkdə Avrokubok yarışlarında final oyunlarına ev sahibliyi edə bilər. Apasport.az saytının məlumatına görə, Bakıda işə başlayan Avropa Şurasına üzv ölkələrin idman nazirlərinin qeyri-formal 18-ci konfransında iştirak etmək üçün ölkəmizə gələn UEFA-nın vitse-prezidenti Şenes Erzik bunun mümkünlüyünü bildirib.

Onun sözlərinə görə, paytaxtımızda Böyükşor qəsəbəsinin ərazisində tikiləcək 60 min nəfərlik stadion beynəlxalq tələblərə cavab verir. Həmin arenanın layihəsi ilə tanış olduğunu deyən Ş.Erzik AFFA-nın UEFA və FİFA ilə indiki əməkdaşlığının gələcəkdə Avropa kuboklarının final oyununun orada keçirilməsinə gözəl zəmin yaratdığını vurğulayıb.

Qeyd edək ki, sözügedən stadion Azərbaycan Dövlət Neft Şirkətinin maddi dəstəyi ilə tikiləcək.