Rəşad Sadıqov əlinə avtomat götürdü
22.09.2010 - 13:40
Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqovun şərəfini qoruduğu Türkiyənin “Əskişəhərspor” klubunun futbolçuları əylənmək qərarına gəliblər. Apasport.az saytının məlumatına görə, Superliqanın ilk 5 turunda cəmi 2 xal qazanan əskişəhərlilər stressdən qurtulmağı vacib sayıblar. Bu səbəbdən də komanda üzvləri Əskişəhər – Bursa yolunun kənarında olan istirahət mərkəzinə yollanıblar.
İdman geyimlərini dəyişən futbolçular əllərinə oyun avtomatı götürüb, peyntbol oynamaqla gərginlikdən qurtulmağa çalışıblar. Sonradan kartinq maşınlarını sürən “Əskişəhərspor”lu oyunçular texniki heyətin gözü qabağında əyləniblər. Belə ki, baş məşqçi Rza Çalımbay və köməkçiləri də bu maraqlı mübarizəni izləyənlər sırasında olublar.
Qeyd edək ki, Rəşadın komandası Superliqada növbəti oyununu “Qaziantepspor”a qarşı keçirəcək.

0
0