Bahodir Nasimov Azərbaycanda ilk mükafatını aldı
22.09.2010 - 14:09
Unibank Premyer Liqasının 2010/11 mövsümünün ilk mükafatları sahiblərini tapıb. Apasport.az saytının məlumatına görə, Peşəkar Futbol Liqasının media işçiləri arasında keçirdiyi sorğunun nəticələrinə əsasən avqust ayının ən yaxşı futbolçusu məlum olub. Bu, Bakının “Neftçi klubunun özbəkistanlı futbolçusu Bahodir Nasimovdur. O, ötən ay keçirdiyi 4 görüşün hamısında fərqlənməklə ümumilikdə 6 qol vurmuşdu. Sorğuda iştirak edən apasport.az saytı da məhz Nasimova səs vermişdi. Bu, yayda ölkəmizə transferolunan legionerin Azərbaycanda qazandığı ilk mükafatdır.
Qeyd edək ki, cari mövsümün ilk qolunu vuran Baçana Sxadadze də tədbir zamanı təltif olunub. “Simurq”un gürcüstanlı futbolçusu “Gəncə” ilə görüşdə fərqləndiyi üçün mükafatlandırılıb.
Qeyd edək ki, cari mövsümün ilk qolunu vuran Baçana Sxadadze də tədbir zamanı təltif olunub. “Simurq”un gürcüstanlı futbolçusu “Gəncə” ilə görüşdə fərqləndiyi üçün mükafatlandırılıb.
0
0