Qurban Berdıyev “Neftçi”nin oyununu izləməyə gəlir
22.09.2010 - 14:19
Unibank Premyer Liqasının cari mövsümünün bombardiri Bahodir Nasimov şərəfini qoruduğu “Neftçi”də uzun müddət oynamaq istəyir. Apasport.az saytının məlumatına görə, 6 oyuna 9 qol vuran özbək hücumçu icarəsi bitəndən sonra da “ağ-qaralar”ın sıralarında qalmaq arzusundadır.
Bahodirin transfer hüquqları son iki ildə Rusiya çempionu olan Kazanın “Rubin” klubuna məxsusdur. “Neftçi” bu yay icarəyə götürdüyü Nasimov ümidləri tam doğrultduğundan, onun heyətində daha çox qalmasında maraqlıdır: “Mən də burada çox qalmaq istərdim. Ancaq bu, yalnız məndən asılı deyil. Çünki müqavilə ilə Rusiyanın “Rubin” klubuna məxsusam. ”Neftçi” ilə icarə müqaviləm gələn il bitir. Bundan sonra karyeramı harada davam etdirəcəyim iki klub rəhbərliyi arasında danışıqlardan asılı olacaq. Mən “Rubin”in baş məşqçisi Qurban Berdıyevlə tez-tez telefonla danışıram. O, mənə hələki ”Neftçi”də oynamağı tövsiyə edir. Berdıyev yaxınlarda oyunumu izləmək üçün Azərbaycana gəlmək fikrindədir”.
Qeyd edək ki, Premyer Liqasının 2010/11 mövsümünün avqustun ən yaxşı futbolçusu seçilən Bahodir bu gün mükafatına sahib çıxıb.

0
0