“Məqsədim Azərbaycan çempionatının bombardiri olmaqdır”
22.09.2010 - 14:38
“Mən Azərbaycanda belə bir mükafatın verildiyini bilmirdim. İndi görürəm ki, çempionatın hər ayı üçün ən yaxşı futbolçunu müəyyənləşdirirlər”. Bu sözləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun futbolçusu Bahodir Nasimov deyib.
Unibank Premyer Liqasının 2010/11 mövsümünün avqust ayı üçün ən yaxşı oyunçusu seçilən 23 yaşlı hücumçu Peşəkar Futbol Liqasının keçirdiyi sorğunun qalibi olub. Özbəkistanlı legioner mükafatın təqdimatı mərasimində ən yaxşı seçilməyinə münasibət bildirib: “Bu, mənim üçün gözlənilməz oldu. Avqustun ən yaxşı oyunçusu seçilməyimə görə çox sevinirəm. Çalışacağam ki, gələcəkdə komandama daha faydalı olum. Məqsədim “Neftçi” ilə Azərbaycan çempionu olmaq və çempionatın ən yaxşı bombardiri adını qazanmaqdır”.
Qeyd edək ki, Nasimov “Neftçi”də keçirdiyi 6 oyunda 9 qol vurub. Bunlardan 4 oyun və 6 qol avqust ayına təsadüf edib.

- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0