Nasimov: “Xəzər Lənkəran”a da qol vurmaq istəyirəm
22.09.2010 - 14:46
Bakının “Neftçi” klubunun özbəkistanlı futbolçu Bahodir Nasimov Lənkərana iddialı yollanır. Apasport.az saytının məlumatına görə, ardıcıl 6 oyunda 9 qol vuran hücumçu bu seriyasını Unibank Premyer Liqasının növbəti turunda sentyabrın 25-də “Xəzər Lənkəran”la səfər oyununda da davam etdirmək əzmindədir: “Çətin oyun olacaq. Çünki güclü rəqiblə görüşəcəyik. “Xəzər Lənkəran” yaxşı komandadır. Çalışacağıq ki, qələbə seriyamızı davam etdirək. Mən də bir hücumçu kimi növbəti qolumu vurmağa çalışacağam”.
Qeyd edək ki, Bahodur “Neftçi”də heç bir oyunda meydanı qolsuz tərk etməyib. “Ağ-qaralar” isə ilk turda “Qarabağ”la heç-heçədən sonra dalbadal 5 oyundur qələbə qazanır.
Qeyd edək ki, Bahodur “Neftçi”də heç bir oyunda meydanı qolsuz tərk etməyib. “Ağ-qaralar” isə ilk turda “Qarabağ”la heç-heçədən sonra dalbadal 5 oyundur qələbə qazanır.
0
0