“Gəncə”də oynamamağımla bağlı söz-söhbətlər məni yorub”
22.09.2010 - 15:29
“Gəncə”də oynamamağımla bağlı söz-söhbətlər məni yorub. Mənə bu klubdan heç kim təklif göndərməyib. Konkret bir təklif olmayıb ki, getməyim ora”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun futbolçusu Mahmud Qurbanov deyib.
Gəncə futbol məktəbinin yetirməsi olan 37 yaşlı yarımmüdafiəçi karyerasının ən yaxşı illərini orada keçirib. Mahmud üç dəfə çempion olduğu “Kəpəz”dən sonra “Gəncə”də oynamağı arzulasa da, bunun yalnız özündən asılı olmadığını qeyd edir: “Təklif gəlməyib ki, Mahmudun ora getmədiyini fikirləşsinlər. Nə məbləğ, nə də müqavilə söhbəti olub. Bunu açıq deyirəm. Mən istərdim ki, “Gəncə”də oynayım. Çünki bu komandada bir futbolçu kimi tanınmışam. Sadəcə, qismət olmadı. Bu, məndən asılı olmayan şeydir”.
Dörd illik fasilədən sonra güclülər dəstəsinə qayıdan “Gəncə” maraqlı nəticəyə imza atıb. Belə ki, Fuad İsmayılovun baş məşqçisi olduğu komanda keçirdiyi 5 görüşdə 1:1 hesablı heç-heçə edib. Son turda “Turan”la ev oyununda isə gəncəli azarkeşlərin bir qrupu baş məşqçini istefaya səslədi. Qurbanovun həm buna, həm də doğma şəhərinin təmsilçisinin çıxışına münasibəti necədir?
“Hesab edirəm ki, bu, “Gəncə” üçün yaxşı nəticədir. Düzdür, yerli futbolçuları azdır. Ancaq Gəncədə həmişə futbolçular olub. Fikirləşirəm ki, gələcəkdə də olacaq. Bizimlə görüşdə yaxşı oyunla xal qazandılar. Həmin matçda iki qırmızı vərəqə aldıq, oyunu zəif keçirdik. Hətta məğlub da ola bilərik. “Gəncə”nin udmaq şansı bizdən çox idi. Mən “Gəncə”ni ilk dəfə bizə qarşı oynayanda gördüm və yaxşı təsir bağışladığını deyə bilərəm. İstefa şüarlarına gəlincə, Fuad İsmayılovla bir yerdə işləmişəm. Münasibətimiz indi də yaxşıdır. Onunla necə il birgə çalışdığımdan, necə məşqçi olduğuna bələdəm. Həmin vaxt orda olmadığımdan, azarkeşlərin hərəkəti haqda bir şey deyə bilmərəm. Bu, mənim üçün çətin olar. Hər halda, “Gəncə”nin 5 xalı var, uduzmayıb. Dörd ildən sonra yüksək liqaya qayıtmaq, yaxşı oynamaq pis nəticə deyil”.
Mehman SÜLEYMANOV

0
0