Gökdəniz Karadəniz “Qalatasaray”a keçidinə razılıq verdi
22.09.2010 - 15:51
Gökdəniz Karadəniz “Qalatasaray”a keçidinə razılıq verdi
“Qalatasaray” klubu növbəti gurultulu transferini reallaşdırır. Apasport.az saytının məlumatına görə, “Cim Bom” Rusiyanın “Rubin” klubunun hücumçusu Gökdəniz Karadənizin keçidi ilə bağlı razılıq alıb.

Gökdənizin meneceri Haluk Canatarla təmasa girən “Qalkatasaray” prinsip anlaşma əldə edib. Kazan təmsilçisi ilə müqaviləsi gələn il martın 16-da bitəcək 30 yaşlı türkiyəli futbolçu vətənə dönməyi qərara alıb. Canatarı arayaraq bu qərarını açıqlayan Karadəniz ona Türkiyədə klub tapmasını istəyib. Dərhal hərəkətə keçən menecerin ilk təması daha öncə əlaqəsi olan “Qalatasaray”la olub. Onlar bu fürsəti dəyərləndirib və “Fənərbaxça”, “Beşiktaş”, “Trabzonspor”un transfer siyahısında olan ulduz futbolçunun razılığını alıb. Gökdənizin anlaşması bitəndən sonra sərbəst futbolçu olması, yəni transferə görə kompensasiyanın ödənilməməyi də “Cim Bom”un maraqlarına uyğun gəlir.

Qeyd edək ki, Karadəniz uzun müddət oynadığı “Trabzonspor”dan 2008-ci ilin martın 16-da transfer olunaraq, üç illik müqavilə imzalayıb. O, “Rubin”in heyətində hər iki mövsümdə çempion olub, habelə Rusiya Superkubokunu qazanıb.