“Azərbaycanda hər ay mükafata sahib çıxmağa çalışacağam”
22.09.2010 - 16:10
Unibank Premyer Liqasında avqustun ən yaxşı futbolçusu seçilən Bakının “Neftçi” klubunun özbəkistanlı hücumçusu Bahodur Nasimovin apasport.az saytına müsahibəsi
- Həftəsonu qarşılaşacağınız “Xəzər Lənkəran” haqqında nə bilirsiniz? Bu komandanın oyununu izləmisinizmi?
- “Xəzər Lənkəran”ın AZAL-la oyununu izləmişəm. Son anda qol vurdular və qələbə qazandılar. Biz də məşqlərimizi davam etdiririk. Qələbə qazanmaq istəyirik.
- Bu, Premyer Liqa üçün görünməmiş haldır. Bütün oyunlarda qol vurmusunuz? Bunu gözləyirdinizmi?
- Hücumçu kimi əsas vəzifəm qol vurmaqdır. Hələ ki, bunun bacarıram.
- Başgicəllənməsindən və ya ulduz xəstəliyinə tutulmağınızdan ehtiyatlanmırsınız?
- Əksinə, bu gün verilən mükafat məni bir qədər də ruhlandırdı. Qol vurmaq üçün üzərimdə çalışacağam. Hər ay “ayın oyunçusu” üçün təsis edilən mükafata sahib çıxmağa çalışacağam.
- Vətənindən sizinlə maraqlanırlar?
- Özbəkistanın idman mətbuat orqanları daim mənimlə maraqlanır. Hər qolumu qeyd edir, televiziyada səsləndirirlər. Yəni daim diqqət mərkəzində saxlayırlar.
- Özbəkistan və Azərbaycan futbolunun səviyyəsini müqayisə edə bilərsinizmi?
- Həm Azərbaycan, həm də Özbəkistan futbolu demək olar, eyni səviyyədədirlər. Yeganə fərq ondan ibarətdir ki, Azərbaycan Avropa, Özbəkistan isə Asiya çempionatında çıxış edir.
- “Neftçi”nin çempionluq yolunda əsas rəqibi kimi hansı komandaları görürsünüz?
- “İnter”, “Xəzər Lənkəran”, “Qarabağ” yaxşı komandalardır. Onlar “Neftçi” ilə mübarizə apara bilərlər.
- “Neftçi”nin heyətində Emil Mpenza kimi Avropada sözünü demiş hücumçu var. O, formaya düşdükdən sonra əsas heyətdəki yerini itirməkdən qorxmursunuz?
- Rəqabət hər zaman inkişafa təkan verir. Heyətdə tək Mpenza yox, başqa güclü hücumçular da var. Hər zaman rəqabətə hazır olmaq lazımdır.

0
0