Sxadadze: Ümid edirəm ki, bu, sonuncu mükafatım olmayacaq
22.09.2010 - 16:23
“Tədbirin təşkilatçılarına təşəkkürümü bildirirəm. Yaxşı mükafat aldım”. Bu sözləri apasport.az saytına açıqlamasında Zaqatalanın “Simurq” klubunun hücumçusu Baçana Sxadadze deyib. Cari mövsümün ilk qoluna imza atan gürcüstanlı futbolçu “Gəncə” ilə oyunda fərqlənib. Belə ki, avqustun 7-də I tur çərçivəsində Gəncədə baş tutan görüşün 71-ci dəqiqəsində rəqib qapısına yol tapan Baçana bununla da XIX çempionatın ilk qolunun müəllifi olub. Hələ oyundan əvvəl yarışın təşkilatçısı olan Peşəkar Futbol Liqası ilk qolun müəllifini xüsusi hədiyyə ilə mükafatlandıracağını bildirmişdi.
Bu gün avqust ayının ən yaxşı oyunçusu nominasiyasının qalibinin mükafatlandırılmasında hədiyyəsini alan Sxadadze bunları deyib: “Ümid edirəm ki, bu, Azərbaycanda qazandığım sonuncu mükafatım olmayacaq. “Simurq”un futbolçularına, məşqçilərinə və rəhbərliyinə minnətdarlığımı bildirirəm”.
Qeyd edək ki, 23 yaşlı Baçana Bakının “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadzenin oğludur.

0
0