“Unibank”ın rəsmisi: PFL-in müqavilə üzrə öhdəliklərini yerinə yetirməsini gözləyirik
22.09.2010 - 17:00
“Unibank” Kommersiya Bankı sponsoru olduğu Azərbaycan Premyer Liqası oyunları zamanı bannerlərinin azlığından narazıdır. Apasport.az saytının məlumatına görə, bankın strateji planlaşdırma və biznesin inkişafı üzrə meneceri Ramin Vəliyev cari mövsümdə oyunlar zamanı “Unibank”ın bannerlərin stadionda lazımınca yerləşdirilməməyindən gileylənib.
Bununla bağlı müqavilə imzaladığı Peşəkar Futbol Liqasına (PFL) ötən ay rəsmi müraciət edən qurum oyunlar zamanı 10 bannerin olmasını vacibliyini bəyan edib: “Biz həmin müraciətimizdən sonra monitorinq apardıq və gördük ki, dəyişiklik, irəliləyiş yoxdur. Konkret olaraq son turda “Muğan”la “Xəzər Lənkəran”ın oyununda olmuşduq. Orada cəmi bir bannerimiz yerləşdirilmiş, əvəzində digər bankların bannerləri var idi. Belə olmamalıdır. Biz tərəfdaşımızdan arzu edərdik ki, bannerlərin yaxın günlərdə stadionlarında qoyulmasını tələb etsinlər. PFL-in müqavilə üzrə öhdəliklərini yerinə yetirməsini gözləyirik. Təbliğat bizi qane etmir. Qane etsəydi, pul verib oyunların canlı yayımını təşkil etməzdik. “Neftçi” “Xəzər Lənkəran oyununu yayımlayan yox idi. Əvvəllər klubların özləri oyunların yayımını təşkil edirdilər”.
Vəliyev bəzi mətbu orqanlarda banklarının adlarının çəkilməməyini onlara qarşı qərəzli münasibət sayır: “Ötən il yeni olduğu üçün buna göz yumurduq. Bir mətbu orqanla münasibətləri dayandırmaq qərarına gəlmişik. Biz bütün yazılarda bunun olmasını tələb etmirik. Ancaq heç olmasa 1-2 yerdə bunu etmək olar. Bu məsələni də PFL qarşısında qaldırmışıq. Qurumun prezidenti Ramin Musayev bizə söz verib ki, 5-10 günə bu məsələ həll olunmalıdır”.
Qeyd edək ki, “Unibank”la PFL arasında əməkdaşlığı nəzərdə tutan 3 illik rəsmi müqavilə ötən il sentyabrında imzalanıb.

0
0