Ruslan Abışov “Neftçi”nin əvəzedici heyətində meydana çıxacaq
22.09.2010 - 18:03
“Ruslan Abışov hazırda oyun təcrübəsindən əziyyət çəkir. Onu gələn oyuna qorumaq istəyirik”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov deyib.
“Ağ-qaralar”ın yığmamızda da yer alan aparıcı müdafiəçisi Ruslan Abışov zədəyə görə artıq bir aydır oynamır. Millimizin heyətində yollandığı Almaniyada müalicə olunmaq üçün qalan Abışov yeni vətənə dönüb. Ancaq Əsədov məşqlərə qatılan gənc müdafiəçisinin növbəti turda “Xəzər Lənkəran”la səfər oyununda meydana çıxmaq şanslarını az qiymətləndirir: “Yığmanın baş məşqçisi Berti Foqtsla da məsləhətləşəcəyik. Ola bilsin ki, Ruslan həftəsonu əvəzedici komandanın heyətində meydana çıxsın. Çünki Ruslan xeyli vaxtdır oynamır. Özünün dediyinə görə, zədə problemi yoxdur və hər şey qaydasındadır. Almaniyadan döndükdən sonra artıq iki gündür kollektiv çalışmalarda iştirak edir. Braziliyalı yarımmüdafiəçimiz Flavinyo zədəlidir. Onun haqqında yekun qərar sabah veriləcək”.

0
0