Fuad İsmayılov məğlubiyyətin səbəblərini açıqladı
22.09.2010 - 20:07
Unibank Premuer Liqasının II turundan təxirə salınan oyunda “Qarabağ”a böyük hesabla uduzan “Gəncə”nin məğlubiyyətinin səbəbi məlum olub. Apasport.az saytının məlumatına görə, qərblilərin baş məşqçisi Fuad İsmayılov qarşılaşmadan sonra keçirilən mətbuat konfransında niyə matçla bağlı fikirlərini açıqlayıb. Təcrübəli çalışdırıcı məğlubiyyətin səbəblərini də izah edib: "İlk öncə "Qarabağ" klubunu qələbə münasibəti ilə təbrik edirəm. Bugünkü oyunda əsas heyətin 3 oyunçusu müəyyən səbəblərdən iştirak etmirdi. Bu da bizim oyunumuza təsirsiz ötüşmədi".
Qeyd edək ki, “Qarabağ”la oyunda 0:3 hesabı ilə uduzan “Gəncə”nin 5 oyunluq heç-heçə seriyası qırılıb.
Mənbə: pfl.az
Qeyd edək ki, “Qarabağ”la oyunda 0:3 hesabı ilə uduzan “Gəncə”nin 5 oyunluq heç-heçə seriyası qırılıb.
Mənbə: pfl.az
0
0