Qurban Qurbanov: "Gəncə"nin oyununda irəliləyiş olacaq
22.09.2010 - 20:12
Qurban Qurbanov: "Gəncə"nin oyununda irəliləyiş olacaq
"Gəncə şəhərində futbolun bərpa olunmasına çox şadam. Gəncə şəhəri Azərbaycan üçün ən çox futbolçu yetişdirən şəhərlərdəndir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ağdamın "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

38 yaşlı mütəxəssis Unibank Premyer Liqasının II turundan təxirə salınan “Gəncə” ilə oyunundan sonra keçirilən mətbuat konfransında rəqib komandanı tərifləyib. Qurbanov 3:0 hesabı ilə məğlub etdikləri “Gəncə”nin oyundan oyuna artıracağını düşünür: "Gəncə" komandasının "Bakı" ilə oyununu izləmişdim. Komanda müdafiədə düzgün oynayır, boşluqları doldururlar. Buna baxmayaraq, çoxsaylı hücumlar qurub istəyimizə çatdıq, qol vurduq. Deyərdim ki, bir az ağır, bir az yüngül oyun oldu. Artıq "Qəbələ" ilə oyunun hazırlıqlarına başlayacağıq. İnanıram ki, "Gəncə" klubunun oyununda irəliləyiş olacaq və onlar qələbə ilə azarkeşlərini sevindirəcəklər".

Mənbə: pfl.az