“Xəzər Lənkəran” – “Neftçi” oyununda biz qalib gələcəyik”
22.09.2010 - 20:27
Bakının “İnter” komandasının futbolçusu Valeri Abramidze klubun rəsmi internet saytına müsahibə verib. Gürcüstanlı müdafiəçi Unibank Premyer Liqasının VI turunun “Qəbələ” ilə oyun barədə fikirlərini açıqlayıb.
- “Qəbələ” ilə oyun haqda nə düşünürsünüz?
- Oyunun məzmunu yox, daha çox nəticənin əsas olduğu vacib qarşılaşma idi. Yaxşı ki, biz buna nail olduq! “Qəbələ”- çox çətin rəqibdir. Onların komandası hələlik formalaşma mərhələsindədir, “Qəbələ”də yeni məşqçi və yeni tələblər var. Əminəm ki, onlar hələ başqa komandalarının əsəblərini korlayacaqlar.
- Artıq altı tur arxada qalıb. Çempionatın başlanmasını necə qiymətləndirirsiniz?
- Ümumilikdə müsbət qiymətləndirirəm. Hər şey plana uyğun gedir. Başlanğıcda biz yalnız “Neftçi”yə məğlub olduq, lakin bunun bir daha təkrar olunmamağına çalışacağıq.
- Qarşıda bugünkü qarşılaşmaya qədər uduzmayan “Gəncə” ilə oyun var...
- Onların udub-uduzmadıqlarının bizim üçün əhəmiyyəti yoxdur. Hər bir oyuna rəqibdən asılı olmayaraq xüsusi yanaşırıq və meydana yalnız qələbə üçün çıxırıq.
- Altı oyundan beşində “İnter” qapısını “qıfılda” saxlamağı bacardı. Etibarlı müdafiənin sirri nədədir?
- Məşqlərdə biz müdafiə hərəkətlərinə böyük diqqət ayırırıq. Səhvlər üzərində çox çalışırıq, hər oyunla təkmilləşməyə can atırıq və fikirləşirəm ki, bu, bizdə alınır. Fərdi səhvlər buraxdığımız “Neftçi”lə oyun istisna təşkil etdi.
- Sentyabrın 25-də sizin iki keçmiş klubunuz – “Neftçi” və “Xəzər Lənkəran” qarşılaşacaq. Bu matç haqda nə düşünürsünüz?
- Bəli, bilirəm.Çox maraqlı qarşılaşma olacaq. Axı, bu komandalar arasında prinsipial münasibət var. Fikrimcə, bu qarşılaşmadan bütün Azərbaycan futbolu udacaq. Biz də həmçinin. Axı, onlar bizim bilavasitə rəqiblərimizdilər və oyunda onlardan biri xal itirəcək. Bu imkandan istifadə etmək istərdik.

0
0