Araz Abdullayev Almaniyaya gedir
22.09.2010 - 21:24
Azərbaycanın 19 yaşadək milli komandası oktyabrın 9-dan 17-dək Portuqaliyanın Faro şəhərində Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək. Apasport.az saytının məlumatına görə, yarışa hazırlıq məqsədilə U-19 sentyabrın 30-dan gələn ayın 9-dək Almaniyanın Frankfurt və İspaniyanın Xeres şəhərlərində təlim-məşq toplanışı keçəcək. Millinin hazırlığında iştirak edəcək heyət rəsmən açıqlanmasa da, Bakının “Neftçi” komandasının yığmada 2 oyunçu ilə təmsil olunacağı müəyyənləşib. Belə ki, klubun rəsmi internet saytı Araz Abdullayev və Amit Quluzadə Almaniya və İspaniyaya gedəcək milliyə çağırıldığını açıqlayıb.
Qeyd edək ki, hər iki futbolçu ölkəmizin əsas yığmasına da dəvət olunurlar.
Qeyd edək ki, hər iki futbolçu ölkəmizin əsas yığmasına da dəvət olunurlar.
0
0