“Sumqayıt” məğlub oldu
22.09.2010 - 21:37
16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Təbriz Həsənovun yetirmələri birinci divizionda çıxış edən “Sumqayıt”la qarşılaşıb. Aşağı dəstə təmsilçisinin meydanındakı görüşdə yığmamız böyük hesablı qələbə qazanıb – 3:0. U-16-nın heyətində Orxan Əliyev, Ruslan Nəsirli və Nurlan Əhmədov fərqləniblər.
Qeyd edək ki, matç Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutub.
Qeyd edək ki, matç Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutub.
0
0