Futbol yığmamız qələbə qazandı
22.09.2010 - 21:46
Futbol yığmamız qələbə qazandı
15 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, almaniyalı baş məşqçisi Sissi Raytın yetirmələri Səbail İdman Məktəbinin nəzdində 13 yaşadək oğlanlardan təşkil olunmuş komanda ilə qarşılaşıblar. Yığmamız bu qarşılaşmadan 1:0 hesablı qələbə ilə ayrılıb. Matçın taleyini Aliyə Əliyevanın vurduğu qol həll edib.

Qeyd edək ki, oyun Şağan Olimpiya İdman Kompleksinin stadionunda baş tutub.

Mənbə: affa.az