Yığmamızın Avropa çempionatındakı rəqibi sabah müəyyənləşəcək
23.09.2010 - 13:12
Sabah final mərhələsi 2012-ci ildə Xorvatiyanın Zaqreb və Spilit şəhərlərində təşkil ediləcək futzal üzrə Avropa çempionatının püşkü atılacaq. Apasport.az saytının məlumatına görə, 42 ölkə ilə yanaşı, final oyunlarına ev sahibliyi edəcək Xorvatiyanın qatılacağı püşkatma mərasimi Bakı vaxtı ilə 17:00-da baş tutacaq.
İlkin mərhələdə 24 komanda mübarizə aparacaq. Onlar arasında İslandiya, Norveç, San Marino kimi debütant ölkələr yer alıb. Ümumiyyətlə, Makedoniya, Finlandiya, Türkiyə, İrlandiya, Malta, İslandiya, Estoniya, Norveç, San Marino, İsveçrə, Albaniya, Çernoqoriya, Bolqarıstan, Ermənistan, İngiltərə, Litva, Fransa, Andorra, Kipr, Gürcüstan, İsrail, Litva, Yunanıstan və Moldova ilkin mərhələdə mübarizəyə başlayacaq. Bu mərhələnin oyunları gələn ilin yanvar və fevral aylarında oynanılacaq.
Seçmə mərhələdən mübarizəyə qoşulacaq yığma komandamız beşinci səbətdə yer alıb və qrup oyunlarına ev sahibliyi edəcək Ukrayna, Rumıniya, Sloveniya, Hollandiya və Polşa ilə qarşılaşa bilməz.
1-ci səbət
İspaniya, İtaliya, Portuqaliya, Rusiya, Çexiya
2-ci səbət
Serbiya, Macarıstan, Belarus
3-cü səbət
Belçika, Slovakiya, Qazaxıstan, Bosniya və Herseqovina
4-cü səbət
İlkin mərhələdə A, B, C, D, E və F qruplarının qalibləri
5-ci səbət
Ukrayna, Azərbaycan, Rumıniya, Sloveniya, Hollandiya, Polşa
Qeyd edək ki, Avropa çempionatının final mərhələsi 2012-ci ilin fevralında keçiriləcək.

0
0