Dare Nibombe: Avropa Liqasının gərginliyindən hələ də qurtula bilməmişik
23.09.2010 - 14:28
“Yaxşı oynamadığımızı etiraf edirəm. Səbəbinə gəldikdə, Avropa Liqasının gərginliyindən hələ də qurtula bilməmişik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun müdafiəçisi Dare Nibombe deyib.
Heyət baxımından Premyer Liqanın ən güclü komandalarından olan “Bakı” hələ də öz oyununu tapa bilməyib. Paytaxt təmsilçisi arxada qalan 5 oyundan yalnız birində qələbə qazana bilib. Əvəzində 2 oyunda məğlub olan Vinfred Şaferin yetirmələri eyni sayda da heç-heçə edib. Nibombe məşqlər zamanı əla hazırlaşdıqlarını, ancaq oyun zamanı bunu meydanda tətbiq edə bilməməklərinə toxunub: “Uşaq səhvləri buraxırıq. Komandada maddi baxımdan heç bir problem yoxdur. Şəraitimiz də əladır. Oyunçularla məşqçilər arasında da münasibətlər normaldır. Hər bir komandada olduğu kimi, bizdə də xırda narazılıqlar olur. Məşq prosesinə gəldikdə, kənardan izləyən düşünər ki, oyunda rəqib qapısından ən azı 4-5 top keçirəcəyik. Lakin, oyun günü özümüzə heç bənzəmirik. Oyunumuz alınmır”.
“Turan”la oyun haqqında da danışan toqolu “Xəzər Lənkəran”la oyunöncəsi psixoloji gərginlikdən qurtulmaq istədiklərini vurğulayıb: “Uşaqlarla sözləşmişik ki, “Turan”la oyunda qələbə qazanaq. Bizi qarşıda “Xəzər Lənkəran”la çətin oyun gözləyir. Gərək “Turan”ı yenək ki, Lənkərandakı oyuna yüksək əhval-ruhiyyədə yollanaq”.

0
0