Mahir Şükürov: Hərəkətimə görə bir daha üzr istəməyə hazıram
23.09.2010 - 16:38
Azərbaycan milli komandasının və “Anji” klubunun futbolçusu Mahir Şükürov dağıstanlı jurnalistlərlə görüşüb. Apasport.az saytının məlumatına görə, Mahaçqala təmsilçisinin heyətində Rusiya Premyer Liqasında çıxış edən yarımmüdafiəçi bir sıra məqamlara, o cümlədən Vladiqafqazın “Alaniya” klubu ilə səfər oyunda etdiyi hərəkətə münasibətini bildirib.
- Azərbaycan yığmasının Almaniya ilə oyunundan sonra fasilə götürmüsünüz. Çox yorulmusunuz?
- Mən baş məşqçimiz Hacı Hacıyevə zəng edərək, istirahət etmək üçün Bakıda qalmağa icazə istədim. Psixoloji cəhətdən yorulmuşam, yol da uzaq idi. Ancaq sentyabrın 10-da Mahaçqalada idim.
- Sizi “Anji”yə Omari Tetradze dəvət etmişdi, komandanı isə Hacıyev çalışdırır...
- Bizim Hacı Müslümoviçlə kifayət qədər yaxşı münasibətlərimiz var. O, mənə heyətdə yer verəndə, etimadını doğrultmağa, özümü göstərməyə, yaxşı işləməyə çalışıram.
- Meydanda hansı mövqedə oynamaq daha çox xoşunuza gəlir?
- “Anji”də hansı mövqedə - müdafiə, yaxud yarımmüdafiədə oynamağım mənim üçün fərqi yoxdur. Yığmada yarımmüdafiədə oynayıram, Bakının “İnter” klubunda müdafiənin sağ cinahında çıxış etmişəm. Məşqçi harada desə, orada da oynayaram.
- Vladiqafqazda əvəzləndiyiniz zamanı reaksiyanız azarkeşlər arasında birmənalı qəbul olunmadı. Niyə birbaşa paltardəyişmə otağına yollandınız? Əvəzlənməyinizi ədalətsiz saydınız?
- Əlbəttə, mən düzgün hərəkət etmədim. Hakim nənə əsassız sarı vərəqə göstərdi, əsəbiləşdim, emosional şəklində ehtiyat oyunçular skamyasına yox, dərhal paltardəyişmə otağına getdim. Artıq biz komandada bu haqda danışmışıq. Mən hərəkətimə görə üzr istəmişəm. Hərəkətimə görə bir daha üzr istəməyə hazıram.

0
0