Vaqif Cavadov ukraynalıların diqqət mərkəzində
23.09.2010 - 17:01
Vaqif Cavadov ukraynalıların diqqət mərkəzində
Ukrayna mətbuatı Azərbaycan yığması və klublarının Avropa miqyasında ən yaddaqalan oyunlarını qeyd edib. Apasport.az saytının məlumatına görə, bu ölkənin nüfuzlu “Komanda” qəzeti yığmamızın DÇ-2010-un seçmə mərhələsi çərçivəsində Rusiya millisi ilə ötən ilin oktyabrın 14-də Bakıda keçirdiyi rəsmi oyunu fərqləndirib. Həmin vaxt “Qarabağ”da, hazırda isə “Bakı”da çıxış edən yığmamızın hücumçusu Vaqif Cavadovun 54-cü dəqiqədə İqor Akinfeyevin qapısından keçirdiyi gözəl qol ukraynalıların diqqət mərkəzinə düşüb. Bundan əlavə, milli komandamızın Avro-2004-də Serbiya yığmasına uduzmayaraq (səfərdə 2:2, evdə 2:1), onu final mərhələsinə buraxmadığı qeyd olunub.

Ukraynalılar 1994-cü ildən çıxış etdiyimiz avrokuboklarda iki oyunu fərqləndirib: “Qafqazlılar üçün ən yadda qalan oyun 2004-cü ilin Çempionlar Liqasının təsnifat mərhələsində “Neftçi” - MOİK (Moskva) görüşüdür. 0:0 hesabı ilə nəticələnən həmin oyun meydan sahiblərinin üstünlüyü şəraitində keçdi. Yeri gəlmişkən, ordu klubu məhz Bakıda möhtəşəm çıxışa başlayaq, həmin mövsümün sonunda UEFA kubokunu qazandı. Nəticə nöqteyi-nəzərindən isə “Qarabağ”ın uğurunu qeyd edək. Bu komanda ötən il Avroliqada Norveçin “Rusenborq” (səfərdə 0:0, evdə 1:0), sonradan Finlandiyanın “Honka” klubunu (səfərdə 1:0, evdə 2:1) uddu. Bu mövsümdə isə “Qarabağ” pley-off mərhələsinə qədər irəliləyərək, Polşanın “Visla” klubunu (səfərdə 1:0, evdə 3:2) yolundan kənarlaşdırdı”.
0