Hacıyev: Şükürov topla yaxşı davranır, oyunçuya qarşı fərdi oynamır
23.09.2010 - 17:10
Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürovun Rusiya Premyer Liqasının son turunun “Rubin”lə qarşılaşmasında əvəzlənməyinin səbəbi məlum olub.
Apasport.az saytının məlumatına görə, 28 yaşlı müdafiəçinin çıxış etdiyi “Anji” klubunun baş məşqçisi Hacı Hacıyev həmyerlimizi 87-ci dəqiqədə əvəzləməyinin səbəbini açıqlayıb. Çalışdırıcının fikrincə dəyişiklik zamanı o, seçim qarşısında qalıb: “Biz Kamil Ağalarovla Mahir Şükürovdan hansını əvəz etməyimizi müzakirə etdik. Kamili ona görə meydanda saxladıq ki, o, standart vəziyyətlər zamanı, təkbətək mübarizələrdə güclüdür. Mahir isə topla daha yaxşı davranır, lakin oyunçuya qarşı fərdi oynamır. Elə bu da dəyişikliklə bağlı qərarımızda həlledici oldu”.
Hacıyev həmyerlimizin “Rubin”lə qarşılaşmada göstərdiyi oyundan narazı qalıb: “Düşünürəm ki, cinahlardan açılmalar bu oyunda kifayət qədər deyildi. Həm Nikolay Josan, həm də Şükürov cinah ötürmələri vermək bacarığına malikdir. Biz də istəyərdik ki, belə ötürmələr daha çox olsun”.

- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
0
0