Premyer Liqamızın ən yaxşıları mükafatlarına qovuşur
23.09.2010 - 18:04
Premyer Liqamızın ən yaxşıları mükafatlarına qovuşur
Bu gün Unibank Premyer Liqasının 2009/10 mövsümünün mükafatlandırma mərasimi keçirilir. Apasport.az saytının məlumatına görə, Peşəkar Futbol Liqasının “Yaxt klub”da təşkil etdiyi tədbirdə çempionatın ən yaxşı komandaları ilə yanaşı, fərdi mükafatlar da öz sahiblərini tapıb.

Azərbaycan çempionu adını qazanan Bakının “İnter” klubunun futbolçuları qızıl medallarını çempionat başa çatandan 4 ay sonra olsa da, alıblar. Paytaxtın digər təmsilçisi “Bakı” gümüş, “Qarabağ” isə bürünc medallarına sahib çıxıb.

Mükafatlandırılmanın belə gec təşkil edilməsi bir sıra mükafatçıların klubunu dəyişməsinə səbəb olub. Adıçəkilən 3 komandadan ayrılan futbolçularla yanaşı, fərdi mükafat qazananlar da ötən müddətdə klubunu dəyişib. Belə ki, Fərid Quliyev artıq “Neftçi”, Rəşad Sadıqov Türkiyənin “Əskişəhərspor” klubunun şərəfini qoruyur. Ramiz Məmmədov isə “Qəbələ”nin baş məqşçi postunu tərk edib.

Mövsümün ən yaxşı qapıçısı - Fərhad Vəliyev (“Qarabağ”)
Mövsümün ən yaxşı müdafiəçisi - Maksim Medvedev (“Qarabağ”)
Mövsümün ən yaxşı yarımmüdafiəçisi - Aleksandar Şoliç (“Bakı”)
Mövsümün ən yaxşı hücumçusu - Fərid Quliyev (“Standard”)
Mövsümün ən yaxşı bombardiri - Fərid Quliyev (“Standard”)
Mövsümün ən yaxşı yerli futbolçusu - Rəşad Sadıqov (“Qarabağ”)
Mövsümün ən yaxşı əcnəbi futbolçusu - Jaba (“Bakı”)
Mövsümün ən yaxşı gənc futbolçusu - Araz Abdullayev (“Neftçi”)
Mövsümün ən yaxşı baş məşqçisi - Ramiz Məmmədov (“Qəbələ”)
Mövsümün ən yaxşı oyunçusu - Əfran İsmayılov (“Qarabağ”)
Mövsümün tərəfdaşı - Unibank Kommersiya Bankı
Mövsümün ən yaxşı oyunçusu - Əfran İsmayılov ("Qarabağ")