Yığmamız seçmə mərhələ oyununu Lənkəranda keçirəcək
23.09.2010 - 20:41
Azərbaycan milli komandası Avro-2012-nin seçmə mərhələsindəki oyunlarından birini Lənkəranda keçirəcək. Apasport.az saytının məlumatına görə, bunu AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib. O, Unibank Premyer Liqasının 2009/10 mövsümünün mükafatçılarının və ən yaxşılarının təltifetmə mərasimində lənkəranlı azarkeşlər haqqında fikirlərini bildirib. Bu bölgədə futbolun çox sevildiyini bildirən Abdullayev onlara xoş müjdə verib: “Yığmamızın gələn ilə nəzərdə tutulan seçmə mərhələnin ev oyunlarından ən azı biri Lənkəranda keçiriləcək”.
Qeyd edək ki, seçmə mərhələnin A qrupunda yer alan millimiz Türkiyə ilə ev oyununu bu il Bakıda keçirir. Gələn il isə yığmamız Almaniya, Avstriya, Belçika və Qazaxıstanı qəbul edəcək. Bu komandalardan hər hansı biri ilə görüş Lənkəranda baş tutarsa bu Mərkəzi stadionda keçirilən ikinci seçmə görüşü olacaq. Futbolçularımızın ötən il DÇ-2010-nun seçmə mərhələsi çərçivəsində Finlandiya ilə qarşılaşması da Lənkəranda oynanılmışdı.

0
0