Hafiz Məmmədov: “Bakı”nın zəif çıxışında rəhbərliyin və baş məşqçinin günahı yoxdur
24.09.2010 - 10:09
“Bakı” klubunun prezidenti Hafiz Məmmədov 2009/10 mövsümün qaliblərinin mükafatlandırma mərasimindən sonra brifinq keçirib. Apasport.az saytının məlumatına görə, AFFA-nın İcraiyyə Komitəsinin üzvü olan Məmmədov klubu ilə yanaşı, yığmamızın də son vaxtlardakı çıxışına münasibətini bildirib.
- “Bakı”nın iki futbolçusu – xorvatiyalı yarımmüdafiəçi Aleksandr Şoliç və braziliyalı hücumçu Jaba “ən yaxşılar” nominasiyasında fərqlənib. Bundan başqa, ötən mövsüm maraqlı oyunların şahidi olduq. Sizin fikrinizi bilmək də maraqlı olardı…
- Mənə elə gəlir ki, qiymətləndirmə düzgün idi. Həm Jaba, həm də Şoliç ötən mövsümün ən yaxşılarından idi. Builki çempionatda VI tur arxada qalıb və bu gün onların oyunu alınmır. Ancaq qarşıdakı matçlarda bu futbolçuların sözlərini deyəcəyinə inanıram. Verilən qiyməti dəstəkləyirəm və media işçilərinə düzgün seçim etdiklərini deyirəm.
- Komandanız cari mövsümdə heç də özünə bənzəmir. Klub rəhbəri kimi siz nə düşünürsünüz?
- “Bakı”nın çıxışı bəyənilmir. 3 tur gözlədim, dedim, bəlkə heyətə yeni futbolçular dəvət etmişik, onlar hələ tam uyğunlaşa bilmirlər. Ancaq V turdan sonra baş məşqçini dəvət etdim və onunla çox məsələləri müzakirə etdik. Sonda məlum oldu ki, komandanın zəif çıxış etməsində nə rəhbərliyin, nə də məşqçilərin heç bir günahı yoxdur. Problem oyunçularla bağlıdır. Onlar da mənə söz verdilər ki, qarşıdakı turlarda öz sözlərini deyəcəklər.
- Bəlkə Avropa liqasındakı texniki məğlubiyyətinin psixoloji sarsıntıları davam edir?
- Bu var idi. Həmin proseslər avqust ayında baş vermişdi. İndi isə sentyabrdır. Yəni həmin sarsıntı 2-3 tur davam edə bilərdi. Futbolçuların səviyyəsinə inanıram və onların oyunları ilə azarkeşlərimizi yenidən sevindirəcəklərini gözləyirəm.
- Cüneyt Biçər də mükafatlandırılma mərasimində idi. Onu siz dəvət etmişdiniz?
- Bəli, Biçərlə telefon vasitəsilə danışdıq və Bakıya dəvət etdim. Xahiş etdim ki. zaman tapıb gəlsin, zəhmətinin qarşılığı olan mükafatını alsın. Çox sağ olsun ki, o da Bakıya gəldi.
- Uğursuzluqdan çıxmaq üçün komandada nə çatmır?
- Məşqçimiz yüksək səviyyədədir. Baza, idarəetmə əla, futbolçularımız yüksək səviyyədədirlər. Qalır onların öz oyunlarını tapması. Başqa heç bir problemimiz yoxdur.
- İdarəetmə strukturunun yenidən formalaşması nə vaxt başa çatacaq?
- Bunu gözləyin, qısa zamanda klubun saytında bu haqda məlumat yerləşdiriləcək. Sual verirlər ki, orada köhnə qvardiyadan kimlərsə olacaqmı? Bu futboldur. Biznes deyil ki, kimsə hanısısa səhvi etdisə, onu futboldan uzaqlaşdırasan. İdarəetmədə yer alan insanların futboldan anlayışı yüksək səviyyədədir. Ola bilsin, əvvəlki bölgü zamanı kimlərəsə düzgün vəzifə tapşırmamışıq.
- “Simurq”la oyun zamanı komandanın oyunçusu Aleksandr Soliçlə baş məşqçi Vinfred Şafer arasında insident yaşanmışdı. Nəticədə baş məşqçi yarımmüdafiəçini əvəzedici komandaya göndərdi. Baş verənlərə münasibətiniz necədir?
- Budan xəbərim var. Baş məşqçini dəstəkləyirəm. Sevindirici haldır ki, Soliç də heç bir etiraz etmədən 2 gündür əvəzedici komandanın məşqlərində iştirak edir. Məşqçi komandanın başında olan adamdır. O, ailənin başçısıdır. Səhv qərar versə belə, futbolçu etirazını başqa yerdə bildirməlidir, meydançanın içində yox.
- İcraiyyə Komitəsinin üzvü kimi siz Almaniya-Azərbaycan oyunu barədə nə deyə bilərsiniz?
- Bu nəticəni gözləmirdim. Futbolu sevən insanam. Ancaq belə olacağını gözləmirdim. Yəqin bir də belə olmaz.
- Oktyabrda yığmamız iki oyun keçirəcək. Avstriya və Türkiyə ilə oyunlar barədə nə düşünürsünüz?
- İnşallah, oktyabrın 8-də və 12-də keçiriləcək oyunlarda uşaqların Almaniya ilə matçı unutduracağına inanıram.
- Klubda bəzi futbolçuların həddindən artıq pul aldığı və bunun narazılıq yaratdığı bildirilir. Bir qədər də konkretləşdirsək, söhbət Joel Epalledən gedir...
- Epalle Olimpiya çempionudur. Kiminsə oyunu alınmırsa, gəlin bir qədər gözləyək. Bu uzun zaman davam etsə, onda oturub bir yerdə müzakirə edəcəyik. Hələ ki, bununla bağlı heç bir problem yoxdur.

0
0