Moskva “Spartak”ının futbolçusu Azərbaycan yığmasında
24.09.2010 - 10:10
Moskva “Spartak”ının futbolçusu Azərbaycan yığmasında
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, Adil Şükürov yığmanın sentyabrın 26-dan oktyabrın 6-a qədər Bakı şəhərində keçiriləcək təlim-məşq toplanışına daha 3 futbolçunu dəvət edib. Bunlardan ikisi Rusiya klublarında çıxış edir. “Oryol” klubundan Fuad Kərimli və Moskvanın “Spartak” klubunun şərəfini qoruyan Elvin Ağamalov millinin hazırlıqlarına qatılacaq. Onlarla yanaşı karyerasını ölkəmizdə davam etdirən Samir Əhmədov (“Muğan”) da toplanışa dəvət alıb.

Mənbə: affa.az
0