“İmkanım olsaydı, Kamran Ağayevi ən yaxşı qapıçı seçərdim”
24.09.2010 - 10:50
“Mənə səs verib ötən mövsümün ən yaxşı qapıçısı seçənlərə təşəkkür edirəm. Bu mükafat ötən il çəkdiyimiz zəhmətin bəhrəsidir”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının və Ağdamın “Qarabağ” klubunun qapıçısı Fərhad Vəliyev deyib.
Unibank Premyer Liqasının 2009-2010-cu il mövsümünün ən yaxşısı qapıçısı adına layiq görülən Vəliyev bunu komandasının uğurlu çıxışı ilə əlaqələndirib. Təcrübəli qapıçı bununla kifayətlənməyini, bu il də ən yaxşı qapıçı olmaq istədiyini bildirib: “Komandamızın həm Unibank Premyer Liqasında, həm də Avropa Liqasında uğurlu çıxış etməsi futbolçularımıza olan diqqəti bir qədər də artırdı. Bunun nəticəsidir ki, ən yaxşı müdafiəçi və oyunçu bizim komandadan seçildi. Komandanın kapitanı kimi bu mükafat mənim məsuliyyətimi bir qədər də artırır. Əlbəttə, bununla kifayətlənmək olmaz. Çalışacağam ki, bu mövsüm də ən yaxşı qapıçı adına layiq görülüm”.
Fərhad milli komandadakı həmkarı Kamran Ağayevin də ötən mövsümün ən yaxşı qapıçısı adına layiq olduğunu sözlərinə əlavə edib: “Əgər mənim seçim imkanım olsaydı, öz sözümü milli komandamızın da şərəfini qoruyan Kamran Ağayevi seçərdim. Gənc və perspektivli qapıçıdır. “Çərçivə”də inamlı təsir bağışlayır. Onun bu mövsüm qol buraxmaması əyani sübutdur”.

0
0