“Neftçi”nin növbəti sınağı
24.09.2010 - 12:07
16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti yoxlama oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, Təbriz Həsənovun yetirmələri Bakının “Neftçi” klubunun U-19 komandası ilə yoldaşlıq oyununda qüvvəsini sınayacaq. Sentyabrın 26-da keçiriləcək görüş Sumqayıt şəhərindəki Mehdi Hüseynzadə adına stadionda baş tutacaq. Qarşılaşma saat 16:00-da başlayacaq.
Qeyd edək ki, sentyabrın 22-də “Sumqayıt” klubu ilə görüşən yığmamız həmin matçda 3:0 hesabı ilə qalib gəlmişdi.
Mənbə: affa.az
Qeyd edək ki, sentyabrın 22-də “Sumqayıt” klubu ilə görüşən yığmamız həmin matçda 3:0 hesabı ilə qalib gəlmişdi.
Mənbə: affa.az
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0