Cüneyt Biçər: Qışda həmin məsələyə qayıtmaq mümkündür
24.09.2010 - 13:23
“Bakı” klubunun sabiq baş məşqçisi, türkiyəli mütəxəssis Cüneyt Biçərin apasport.az saytına müsahibəsi
- Dörd aylıq fasilədən sonra yenidən Bakıdasınız. Təəssüratlarınız necədir?
- Yenidən Bakıda olmaq məni çox məmnun etdi. Buna görə ilk növbədə “Bakı”nın prezidenti Hafiz Məmmədova minnətdaram. O, mənimlə əlaqə saxlayaraq, mükafatlandırma mərasimində görmək istədiyini dedi. Bu, məni sevindirdi. Məmmədov hesab etdi ki, komandanın ötən mövsüm qazandığı gümüş medalda mənim də əməyim var.
- Çempion “İnter”dən cəmi 1 xal geri qaldınız. Gümüş medalı aldığınız zaman bir anlıq təəssüflənmədiniz ki, kaş həmin xal itkisi olmayaydı? Belə hisslər ürəyinizdən keçdimi?
- Bir yox, çox anda təəssüflənirsən. Keçmişə boylananda ilk növbədə “altılıq”da qalib gələ bilmədiyimiz “Qəbələ” ilə oyunlar yada düşür. Xüsusilə, Bakıda 1:1 hesabı ilə nəticələnən görüş. Həmin matçda hesabda 1:0 irəlidə olduğumuz zaman 5-6 real qol imkanını qaçırdıq. Sonda öz qapımızda top gördük və bunun acısını çəkdik. “Neftçi” ilə qarşılaşmada da oxşar ssenari, eyni nəticə oldu. Yenə hesabda 1:0 irəlidə idik və sona 2-3 dəqiqə qalmış qol buraxdıq. Əlbəttə, belə xal itkiləri adamı üzür.
- Son turda evdə nadir hallarda uduzan “Xəzər Lənkəran”a qalib gəlməklə, “İnter”i çempion etdiniz. Hərçənd, belə qalibiyyətdən sonra özünüz çempion olmağa daha layiq idiniz...
- Ancaq ölkə kubokunu qazanandan sonra bu üzüntü “kaş ki”yə dönür. Fikirləşirsən ki, ən azı kubok qazanıb, mövsümü titulla başa vurmusan və bu, mükafatdır. Ancaq sözsüz ki, 2 titul qazanmaq daha yaxşıdır.
- Azərbaycan kubokunu məşqçi karyeranızda ən böyük uğur saymaq olar?
- Sözsüz. Bu, indiyədək ən böyük uğurumdur. “Bakı”nın baş məşqçisi kimi qazandığım titul mənin üçün önəmlidir.
- “Bakı”dan gedişiniz gözlənilməz oldu. Baş məşqçi postundan getsəniz də, klubda qalacağınız gözlənilən idi. Müqaviləniz uzadılmadı, yoxsa?
- Müqavilə ilə bağlı heç bir problem yox idi. Sadəcə, həmin vaxt üçün şərtlər elə uyğun idi. Sağ olsun prezidentimiz, gedişimizə izn verdi. Biz çalışqan insanlarıq və bura bizim üçün doğmadır. İşdən kənarda yenə dost olaraq qalırıq.
- Mövsümün sonuna yaxın çətin vəziyyətdə ağır yükün altına girib, nəticə verdiniz. Həmin vaxt təklif, yəni bütün mövsüm şans veriləcəyinizi gözləyirdiniz?
- Belə deyim ki, həmin vəzifəni davam etdirib-etdirməyəcəyim klub rəhbərliyindən asılı məsələ idi. Postumda qalmadıqdan sonra İzmirdəki doğma komandama qayıdacağıma imkan yaradılmasını xahiş etdim.
- Bəlkə həmin vaxt artıq “Altay”dan təklif aldığınız üçün getdiniz?
- Yox. Həmin vaxt heç bir təklif yox idi. Türkiyəyə qayıdandan sonra “Altay” variantı ortaya çıxdı. Mən bu komandada 12 il futbol oynadığımdan, mənə doğmadır. Tanıdığım baş məşqçinin köməkçisi olmaq təklifini dəyərləndirdim. Daha əvvəl çalışdığım şəxslə yenidən birgə işləyirik.
- “Altay”a qayıdandan sonra futbolumuza faydalı olmağa çalışdınız. “Bakı”dan tanıdığınız yeniyetmə futbolçu Rəhman Hacıyevi İzmirə apardınız. Ancaq sonda onu sifariş edə bilmədiniz. Problem nə idi?
- Sənədləşmə məsələləri ilə bağlı idi. Biz Rəhmanın xidmətində çox maraqlı idik. Transferinə çox çalışdıq amma bizdən asılı olmayan səbəbdən baş tutmadı.
- Qışda Hacıyev variantı yenidən gündəmə gələ bilərmi?
- İndi “transfer pəncərəsi” bağlı olduğu üçün real deyil. Qışda həmin məsələyə qayıtmaq mümkündür. Ancaq ola bilər ki, “Bakı” həmin vaxt Rəhmanı buraxmaq istəməsin.
- Başqa hansısa futbolçumuzu Türkiyəyə dəvət edə bilərdiniz?
- Başqalarını deyə bilmərəm, ancaq bir futbolçuya imkan olarsa, Rəhman variantını nəzərdən keçirərəm. Çünki mən bu futbolçunun “Altay”da oynamasını çox istəyirəm.
- Türkiyədən Azərbaycan futbolu, Premyer Liqası necə görünür?
- Bu mövsüm oyunlar daha çətin keçir, gözlənilməz nəticələr qeydə alınır. AZAL-ın mövsümə inamlı başlaması, liderlər qrupunda olması diqqət çəkir. Ötən mövsüm mükafatsız qalan “Neftçi” hazırda vahid liderdir. “Qarabağ”da avrokuboklarda ağır oyunlardan sonra bir qədər eniş olması normaldır. Bu komanda yenə parlayacaq.
- Bəs keçmiş komandanızın mövsümə uğursuz başlaması sizin üçün gözlənilməz olmadı? Yəni ötən mövsümkü ssenari təkrarlanır...
- Doğrudur, mən klubda çalışanda da belə idi. Hər şey təkrarlanır. Əsas mövsümün sonunda hər şey yaxşı olmasıdır.
- “Bakı”nın yenə çətinliklərə sinə gərib, mövsümü mükafatla başa vuracağına inanırsınız?
- Buna inamım böyükdür. “Bakı” hər zaman güvənilən, nəticəyə imza atacaq gücdə komandadır.
- Xələfiniz Vinfred Şaferin baş məşqçi postuna təyinatını necə qarşıladınız?
- O, çox təcrübəli mütəxəssisdir, yaşca bizdən böyükdür. Biz futbol oynadığımız zaman Şafer güclü komandaları çalışdırırdı. Zəngin karyerası olan bu məşqçini tanımamaq mümkün deyil. Yaxşı seçimdir, almaniyalı həmkarıma uğurlar arzulayıram. İnanıram ki, Şafer öz təcrübəsi ilə “Bakı”ya nəticə qazandıracaq. Önəmli olan onların bir-birinə qarşılıqlı fayda verməsidir.
- “Bakı” yayda bir sıra gurultulu transferlərə imza atdı, tanınmış futbolçuları gətirdi...
- Onların çoxunun oyunlarını yalnız televiziyadan görmüşəm. Yalnız Stefan Borbikoni bu baxımdan istisna təşkil edir. Onu Türkiyədə “Manisaspor” klubunda oynadığı dövrdən tanıyıram.
- Sizcə, həmin fransalı müdafiəçi “Bakı”ya faydalı ola biləcəkmi?
- Borbikoni güclü müdafiəçidir. Sadəcə, “Manisaspor”da bir müddət zədə ilə bağlı uğursuz dövr keçirdi. Ancaq bunu nəzərə almasaq, Türkiyədə yaxşı dönəm keçirdiyini deyə bilərəm. Stefan yaxşı transferdir.
- “Bakı”nın baş məşqçi postunda əvəzlədiyiniz həmyerliniz Bülənt Korkmazla Türkiyədə görüşə bilmisiniz?
- Yox. Biz Türkiyədə yaşasaq da, ayrı-ayrı şəhərlərdə məskunlaşmışıq. O, İstanbulda yaşayır, mən isə İzmirdə. Əlaqəmiz yoxdur.
- Gələcəkdə Azərbaycandan yenə təklif olsa, bunu qəbul edərsiniz?
- Bəli. Bura mənim üçün doğma məkandır.
Mehman SÜLEYMANOV

0
0