“Biz meydanda işləmirik, futbol oynayırıq”
24.09.2010 - 14:00
Ağdamın “Qarabağ” klubunun Avroliqada mübarizəni dayandırmağının səbəbi məlum olub. Apasport.az saytının məlumatına görə, təmsilçimizi hər iki oyunda məğlub etməklə (4:0, 1:0) yarışdan kənarlaşdıran Almaniyanın “Borussiya” komandasının uğurunun sirri açılıb.
Dortmund təmsilçisinin aparıcı oyunçularında olan Nuri Şahin komandasının son vaxtlar qələbələri sıralamağına aydınlıq gətirib: “Məsələ ondadır ki, biz meydanda işləmirik, oynayırıq. Biz meydana çıxanda futbol oynamağımızdan həzz alırıq. Hamımız kamilliyə can atır, maksimuma nail olmaq istəyirik. Bu, hər matçın ilk dəqiqəsindən final fitinədək aşkar görünür. Cari mövsümdəki qələbələrimiz də məhz belə yanaşmanın nəticəsidir”.
Qeyd edək ki, Avroliqanın cari mövsümündəki bütün oyunlarında qələbə qazanan “Borussiya” Bundesliqadakı 5 matçından 4-də də rəqibindən üstün olub.

0
0