Rəhman Hacıyev: “Altay” “Bakı”dan güclüdür
24.09.2010 - 14:08
“Hazırda əsas komanda ilə birgə məşq edirəm. Çalışıram ki, “18-liy”ə düşüm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun yarımmüdafiəçisi Rəhman Hacıyev deyib.
Yayda Türkiyənin “Altay” komandasının düşərgəsinə yollanan yarımmüdafiəçinin İzmir təmsilçisinə keçidi son anda baş tutmayıb. Belə ki, “Altay” rəhbərliyi futbolçunu “Bakı”dan 3 il müddətinə icarə ilə heyətinə qatmağa çalışsa da, onun qardaş ölkədə oynaması üçün lazım olan sənədlər vaxtında əldə edilməyib. Buna görə də, Hacıyev qışa qədər yenidən “Bakı”nın düşərgəsinə dönüb. “Altay”la hazırkı komandasının hazırlıq prosesini müqayisə edən 18 yaşlı futbolçu İzmir təmsilçisini daha güclü sayıb: “Məşq prosesini müqayisə etsək, üstünlüyü “Altay”a verərdim. Orada məşq prosesi daha çətindir. Qışda yenidən bu komandaya dönəcəm. Orada əsas heyətə düşmək üçün rəqabət aparacam”.

0
0