Tağızadə Almaniyaya gedir
24.09.2010 - 14:16
Tağızadə Almaniyaya gedir
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, Bernard Lippert yığmaya 24 futbolçu çağırıb.

Bu oyunçular yığmamızın sentyabrın 27-dən oktyabrın 1-dək Almaniyanın Frankfurt şəhərində keçiriləcək təlim-məşq toplanışına qatılacaq. Andrey Popoviç, Orxan Sadıxlı, Anar Məhərrəmov, Yasin Yaqubzadə, Hacı Əhmədov, Aleksey Qavrilyuk, Ruslan Tağızadə, Kamil Hüseynov, Slavik Alxasov, Abdulla Abatsiyev, Elnur Abdulov, Cavid Tağıyev, Nurlan Novruzov, Kazım Kazımlı, Tərlan Quliyev, Malik Babayev, Emin Mehtiyev, Aleksandr Qross, Mirhüseyn Seyidov, Qara Qarayev, Tural İsgəndərov, Araz Abdullayev, Amit Quluzadə və Rəhman Hacıyevdən ibarət komandamız qitə çempionatının seçmə oyunlarına hazırlıq məqsədilə Almaniyadan İspaniyaya yola düşəcək.

Mənbə: affa.az