Yığmamızın 2 futbolçusu het-trik etdi
27.09.2010 - 09:27
15 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası növbəti yoldaşlıq oyununu keçirib. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis Sissi Raytın yetirmələri 15 yaşadək qızlardan təşkil olunmuş “Sumqayıt” komandası ilə qarşılaşıblar. Şağan Olimpiya İdman Kompleksinin stadionunda baş tutan görüşdə yığmamız rəqibini darmadağın edib - 8:0. Aliyə Vəliyeva ilə Şəfəq Nəsirovanın het-trik etdiyi oyunda Əminə Heydərova və Olya Sioşvili hərəyə bir dəfə fərqlənib.
Mənbə: affa.az
Mənbə: affa.az
0
0