Həmyerlimiz Rusiyanın ən yaxşı 30 futbolçusu arasında
27.09.2010 - 09:35
Azərbaycanlı futbolçu Emin Mahmudov Rusiyanın 30 ən yaxşı gənc oyunçu siyahısına düşüb. Apasport.az saytının məlumatına görə, Moskvaətrafının “Saturn” klubunun heyətində çıxış edən 17 yaşlı yarımmüdafiəçi 1990-cı il təvəllüdlü futbolçulardan ibarət “Top-30”a düşüb.
Rusiyalı həmkarlarımız Eminin cari mövsümdə Premyer Liqada debüt etməsinə baxmayaraq, fərqləndiyini bildirir: “Onun tam adı Emin Cəbrayıl oğlu Mahmudovdur. Azərbaycan əsilli futbolçu “Saturn”un heyətində bu mövsüm 17 yaşında Moskvanın “Dinamo” klubu ilə görüşdə debüt edib. Gənc Emin Mahmudovla Aleksandr Sapeta futbolçularının əksəriyyətinin yaşının 30-dan çox olduğu komandada seçilirlər. Mahmudov Premyer Liqada heç də zəif olmayan klubda artıq 10 oyun keçirməyə imkan tapıb”.
Qeyd edək ki, Lənkəranda doğulan Emin sonradan ailəsi ilə birgə Rusiyaya köçüb. Bu ölkənin yığmasını seçən futbolçu “Saturn”un əsas komandasında ilk qolunu yanvarda “Xəzər Lənkəran”la Türkiyədəki hazırlıq prosesi çərçivəsində keçirilən yoxlama oyununda vurub. Onun görüşdə vurduğu yeganə qol (1:0) ruslara qələbə qazandırıb.

0
0