Hakan Şükür Rəşad Sadıqovun baş məşqçisi ola bilər
27.09.2010 - 09:47
Həmyerlimiz Rəşad Sadıqovun çıxış etdiyi Türkiyənin “Əskişəhərspor” klubunun baş məşqçi postuna namizədlərin siyahısı genişlənib. Apasport.az saytının məlumatına görə, Superliqanın VI turunun “Qaziantepspor”la görüşündəki məğlubiyyətdən (0:1) sonra istefaya göndərilən Rza Çalımbayın yeni potensial xələfləri məlum olub.
Hələ istefadan xeyli əvvəl Kristof Daum, Fatih Terim kimi mütəxəssisləri “Əskişəhərspor”un baş məşqçi postuna gətirən Türkiyə mətbuatı daha da fəallaşıb. Onların iddiasına görə, klub rəhbərliyi artıq tanınmış mütəxəssis Samet Aybaba ilə danışıqlara başlayıb. Onunla ortaq məxrəcə gəlinməyəcəyi halda, hədəfdə Giray Bulak və Ərsun Yanal olacaq.
Lakin bu variantı yaxın buraxmayan mənbələr də var. Onlar əfsanəvi Hakan Şükür, Reha Kapsal, almaniyalı Yurgen Röber və Coşkun Demirbakan kimi çalışdırıcıları klubun baş məşqçi postuna gətirirlər.
Qeyd edək ki, Sadıqovun transferindən sonra 3 oyun keçirən “Əskişəhərspor”un sabiq baş məşqçisi bu görüşlərdə həmyerlimizə şans verməyib.

- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
0
0