Branimir Subaşiç: Bu, bizim üçün dönüş nöqtəsi olacaq
27.09.2010 - 10:23
“Çətin oyun oldu. Amma qol vurduqdan sonra hər şey qaydasına düşdü”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun hücumçusu Branimir Subaşiç deyib.
Mövsümlərarası fasilədə əyalət təmsilçisinin sonuncu transferi olan serbiyalı futbolçu bir vaxtlar Azərbaycan yığmasının da formasını geyinib. Arxada qalan VI turda qol hesabını aça bilməyən forvard, nəhayət “Qarabağ”la matçda cari mövsümdə ilk topunu vurub. Oyundan son təəssüratlarını bildirən Subaşiç qolların davamının gələcəyini bildirib: “Uzun müddətdir qol vurmadığımdan, fərqlənmək mənim üçün vacib idi. Eyni zamanda, qazandığımız qələbənin də əhəmiyyəti böyük idi. Düşünürəm ki, bu oyun bizim üçün dönüş nöqtəsi olacaq. Çünki VI turdan sonra çoxları “Qəbələ”nin autsayder olacağını deyirdi”.
Yenidən yığma komandaya qayıtmaqla bağlı da danışan hücumçu bunun üçün əvvəlcə əsas heyətdə möhkəmlənməyin vacib olduğunu qeyd edib: “Bunun üçün hələ klubumda əsas heyətdə möhkəmlənməliyəm. Burada özümü yaxşı tərəfdən göstərdikdən, yəni qolları sıraladıqdan sonra yenidən yığmaya dəvət ala bilərəm”.
Millinin Avro-2012-nin seçmə qrup mərhələsi çərçivəsində oktyabrın 8-də səfərdə Avstriya, 12-də Türkiyə ilə ev oyunu barədə fikrini bildirən Subaşiç komandamızın Bakıda yaxşı çıxış edəcəyini düşünür: “Avstriyadakı oyun barədə konkret nəsə deyə bilmərəm. Amma Türkiyə ilə oyunda müsbət nəticə qazanılacağına inanıram”.

0
0