“Xəzər Lənkəran” 2 seriyanı birdən qırdı
27.09.2010 - 11:32
“Neftçi” klubunun məğlubiyyətsiz oyunlar seriyası qırılıb. Apasport.az saytının hesablamalarına görə, “ağ-qaralar” 11 görüşdən sonra meydanı məğlub tərk etdi.
Bu, Unibank Premyer Liqasının VII turunda “Xəzər Lənkəran”la səfərdə keçirilən derbi oyunda (1:0) baş verdi. Arif Əsədovun baş məşqçisi olduğu komanda buna qədər sonuncu dəfə ötən çempionatın XXVII turunda aprelin 10-da Ağdamda yerli “Qarabağ”la görüşdə (0:2) uduzmuşdu. Onda da ikinci hissədə qapısından top buraxan flaqman gürcü Georgi Adamiya və Rauf Əliyevin qollarına üzülmüşdü. Həmin vaxtdan uğurlu seriyası olan “Neftçi” 12-də dayandı.
“Xəzər Lənkəran”ın argentinalı hücumçusu Dieqo Ruiz 89-cu dəqiqədə vurduğu qələbə topu ilə prinsipial rəqibin iki seriyasını birdən qırdı. Məsələ ondadır ki, “Neftçi”nin ötən şənbə Lənkəranda qələbə seriyasına da son qoyuldu. Cari çempionata “Qarabağ”la evdə 1:1 hesablı bərabərliklə başlayan Əsədovun yetirmələri qalan 5 oyunun hamısında qalib gəlmişdi.

0
0