“Azərbaycanda yaşadığım üçün milli komandanıza azarkeşlik edəcəyəm” - MÜSAHİBƏ
27.09.2010 - 11:44
Unibank Premyer Liqasının VII turu “Qəbələ” üçün uğurlu alındı. Ağdamın “Qarabağ” klubunu 2:1 hesabı ilə məğlubiyyətə uğradan əyalət təmsilçisi Qəbələdə ilk qələbəsini qazandı. Oyundan sonra komandanın ingiltərəli baş məşqçisi Toni Adams apasport.az saytına müsahibəsində maraqlı fikirlər səsləndirib.
- Nəticədən razı qaldığınız aydındır. Bəs komandanızın nümayiş etdirdiyi oyundan necə?
- Həm ötən həftə “İnter”lə, həm də son turda “Qarabağ”la görüşlərdə komandamız yaxşı oynadı, futbolçulardan razı qaldım. Təbii ki, turdan tura komandada artım müşahidə edilir. Ümumi götürdükdə, razıyam, amma oyunumuzu bir qədər də yaxşılaşdırmalıyıq. Xüsusilə, hücumda məhsuldar olmağı bacarmalıyıq. Heyətimizdə zədəli və cəzalı futbolçular var idi. Artıq onlardan ikisi - zədəsini sağaldan Qoqa Beraya və cəza müddətini başa vurmuş Lyuba Baranin “Qarabağ”la oyunda meydana çıxdılar və komandamıza kömək etdilər. Problemlərin olmasına rəğmən, hər ikisinin çıxışı məni qane etdi.
- Hansı mövqelərdə problemləriniz var?
- Bunu deyə bilmərəm. Hansı mövqelərdə problemlərin olduğunu bilirəm və bunu aradan qaldırmağa çalışacağıq.
- VI turdan sonra çoxları komandanızı autsayder hesab edirdi. Bu cür söz-söhbət sizə və futbolçulara necə təsir göstərirdi?
- Yayda heyətə çoxlu futbolçu dəvət etdik. Onların uyğunlaşması uçun müəyyən zamana ehtiyac var idi. Hələ görüləsi işlərimiz çoxdur. Ancaq qonşunun haqqımızda nə dediyi məni maraqlandırmır. Biz işimizi görür, gələcəyə baxırıq.
- Növbəti turda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan “Simurq”la qarşılaşacaqsınız. Rəqibin oyununu izləmisinizmi və bu matç haqqında nə düşünürsünüz?
- Bəli, rəqibin oyununu izləmişəm. “Simurq” – “Turan” matçına baxmışam. Düzdür, səfərdə oynayacağıq. Ancaq onların autsayder olması bizi maraqlandırmır. “Xəzər Lənkəran”la matça hazırlaşdığımız kimi hazırlaşacağıq. Əsas diqqəti öz komandamıza yönəltmişik. Bütün məşqçilər uğurlu nəticə qazanmaq istəyir. Biz də meydana bunun üçün çıxacağıq.
- Azərbaycan yığması oktyabrda Avropa çempionatının seçmə mərhələsində 2 oyun keçirəcək. Sizcə, millimiz hansı nəticəyə imza ata bilər?
- Bu oyunlar haqda heç nə deyə bilmərəm. Ancaq Azərbaycanda yaşadığım üçün yığma komandanıza azarkeşlik edəcəyəm.

0
0